Qadin.NET / Yanan binanın ən kiçik sakini - 40 günlük körpə

Yanan binanın ən kiçik sakini - 40 günlük körpə

 

Yanan binanın ən kiçik sakini - 40 günlük körpə

"Bakıda baş verən dəhşətli yanağın zamanı 18 FHN əməkdaşı xəsarət alıb. Onların xəsarətləri müxtəlif - kəsilmiş, deşilmiş olub". ANS PRESS-in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin rəisi müavini Rza Xudiyev verib. 
Onun sözlərinə görə, yanğın zamanı pəncərəsi açıq olan mənzillər daha çox ziyan çəkib. 
“Binanın 1 və 2-ci mərtəbələri qeyri-yaşayış yeri olduğundan xilasetmələr 3-cü mərtəbədən başlanılıb. Bina iki girişdən ibarətdir. Hər mərtəbədə 2 mənzil olmaqla, ümumilikdə 56 mənzil var. Hər mənzil şüşə arakəsmələrlə ayrıldığı üçün tüstünün içəriyə daxil olması mümkün deyildi. Biz 4-cü mərtəbəyə qədər qalxa bildik. Binada nə süni, nə də təbii havalanma sistemi var idi. Hüdürülüyü 50 metr olan bina 15 dəqiqədə tamamilə alışıb. 
İnsanlar alovu gördükdə qapıları da açaraq xilas olmağa çalışıblar. Lakin bu zaman hava axını meydana gəlib və alov şiddətlənib. Nəticədə mərtəbələr arasında alov daha da artıb. Biz belə yuxarı mərtəbələrə qalxa bilmirdik. Alovları yara-yara gedirdik". 
Rəis müavinin sözlərinə görə, ölənləri əksəriyyəti təxliyyə yolarında qalıblar. Ən təhlükəsizlik yer isə hamam otağı olub. Sağ qalanların çoxu da məhz orada olublar. 
"15 nəfər tüstüdən zəhərlənmiş şəxsi öz maskalarımızı verməklə çıxardıq. Biz artıq nisbətən öyrəşmişik. Amma adi insanlar üçün belə tüstüdə nəfəs almaq çox çətindir". 
R.Xudiyevin sözlərinə görə, xilas edilən ən kiçik şəxs 40 günlük körpə olub. O, anası və nənəsi ilə birlikdə xilas edilib. 
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə yanğın zamanı FHN-nin ümumilkdə 21 əməkdaşının xəsarət aldığını, onlardan 11-nin xəstəxanaya yerləşdirildiyini deyib. 

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK