Qadin.NET / Yanan binanın aqibəti necə olacaq?

Yanan binanın aqibəti necə olacaq?

 

Yanan binanın aqibəti necə olacaq?

Hacıbala Abutalıbov yanan binanın aqibəti haqqında danışdı.ANS PRESS-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Haclbala Abutalıbov yanan bina ilə bağlı ekspertiza aparıldığını deyib. "6-cı günə qədər binaya müsbət rəy veriləsə, yaşayış üçün təhlükə olmazsa, təmirinə başlanılacaq. Yox əgər mənfi rəy verilərsə, bina söküləcək, əvəzinə yeni bina tikiləcək. Sakinlərə tam təmirli, mebellə təmin olunmuş halda təhvil veriləcək", - deyə icra başçısı bildirib.
Qeyd edək ki, yanğından zərər çəkmiş sakinlərin bir qismi koteclərə və digər binalara yerləşdirilib. Onlara birgünlük 1000 manat məbləğində yardım göstərilib.

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK