Qadin.NET / Prezident yanğın yerində olub

Prezident yanğın yerində olub

 

Prezident yanğın yerində olub

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Binəqədi rayonunda ötən gün yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baxıb, son vəziyyətlə yaxından tanış olub. 
ANS PRESS xəbər verir ki, dövlət başçısına baş vermiş yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.
Prezident İlham Əliyev vəziyyətlə yaxından tanış olduqdan sonra bütün müvafiq tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, Azərbaycan prezidenti ötən gün Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK