Qadin.NET / Daha bir nəfərin ölümü təsdiqləndi

Daha bir nəfərin ölümü təsdiqləndi

 

Daha bir nəfərin ölümü təsdiqləndi

Yaşayış binasında baş verən güclü yanğın zamanı xəsarət alan şəxslərin biri dünyanısını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə vaxtı tüstüdən boğulma diaqnozu qoyulan yaralıların böyük əksəriyyəti 1 Saylı Şəhər Xəstəxanasının Toksikologya şöbəsinə yerləşdirilmişdi. 
Şöbə müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin vaxt tibb ocağına 33 xəstə daxil olub. Onlardan 20-si ilkin yardımdan sonra evə buraxılıb. Xəstələrdən biri isə bu gecə vəfat edib.
Digər tibb ocaqlarında müalicə olunan xəstələrin vəziyyətinə gəlincə isə, onların bəzilərinin səhhəti normallaşsa da, bir neçəsi reanimasiya şöbələrində müalicəsini davam etdirir. 
Səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, hadisə zamanı 50 nəfər müxtəlif xəsarətlər alaraq xəstaxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən axşam Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı ANS TV-yə verdiyi məlumatda hadisə zamanı 14 nəfərin dünyasını dəyişdiyini bildirmiş, gecə isə yaralılardan daha birinin ölməsi barədə xəbərlər yayılmışdı. 

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK