Qadin.NET / Prezident sərəncam verdi

Prezident sərəncam verdi

Prezident sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar hüquqşünas” fəxri adı verilsin:
Məmmədov Rafiq Uğuz oğlu
Nağıyev İman Məmməd oğlu
Dövlət başçısının digər sərəncamı ilə Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu
“Tərəqqi” medalı ilə
Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu

Mənbə: ANS PRESS

19 may 2015
GO BACK