Qadin.NET / Ömrümüz uzanıb

Ömrümüz uzanıb

 

 

Azərbaycanda son 7 ildə əhalinin orta ömür müddəti 7 ilədək artıb.
ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin müdiri Musa ?ləkbərov deyib.
O, "Xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqi" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, bu artım səhiyyə sahəsində aparılan işlərin nəticəsində mümkün olub.
NK rəsmisi bildirib ki, 2014-cü ildə 64 tibb müəssisəsi əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilib.
M.?ləkbərov bildirib ki, ölkədə tibb müəssisələrinin kompüterləşdirilməsi həyata keçirilir, onların informasiya texnologiyaları ilə təmin olunması inkişaf etdirilir: "Amma bu müəssisələrin daha səmərəli fəaliyyət göstərməsi üçün vahid proqram, şəbəkə əsasında fəaliyyət göstərməsi zərurəti ortaya cıxır. Müasir profilaktika müəssisələri vahid şəbəkə əsasında fəaliyyət göstərsələr, daha səmərəli nəticə əldə etmək olar".

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK