Qadin.NET / Bina üzlükləri təcili sökülür

Bina üzlükləri təcili sökülür

 

 

Bakıda baş verən yanğından sonra tezalışan bina üzlüklərinin sökülməsinə başlanılıb.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Xətai və Binəqədi rayonlarında binaların üzlükləri sökülür.
Sakinlərin sözlərinə görə, binaların tezalışan üzlüklərini Xətai və Binəqədi rayonlarının icra hakimiyyətlərinin əməkdaşları sökür.
Bu arada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər: "Dövlət başçısının sərəncamı ilə yaradılmış Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası sabaha qədər qərar verməlidir".
Qeyd edək ki, Bakıda Binəqədi rayonunda baş vermiş yanğın zamanı Səhiyyə Nazirliyinin məlumatına görə, 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb. 

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK