Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, səfir bu barədə "Twitter" bloqunda yazıb.
İ.A.Coşqun yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.
Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı-qardaş - Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).
Mənbə: ANS PRESS