Qadin.NET / FHN rəsmi məlumat yaydı

FHN rəsmi məlumat yaydı

 

 

Fövqəladə Hallar Nazirliyi Bakıda yanan hündürmərtəbəli bina ilə bağlı məlumat yayıb.
ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyati qurumlar məlumatlandırılıb. 

 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın ANS PRESS-ə verdiyi məlumata görə, yanğın zamanı ölənlərin sayı 10-a çatıb.

Yanğın nəticəsində xəsarət alanlar 43 nəfərdən 24-ü xəstəxanaya yerləşdirilib. 9 nəfər yerində ilkin tibbi yardım göstərilərək evə buxaraxılıb.

 Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır.Orta yaşlı kişinin öldüyü bildirilir.
Yanğının söndürülməsi davam edir. 
Qeyd edək ki, Bakıda hündürmərtəbəli binada yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb.

 

Mənbə: ANS PRESS

19 may 2015
GO BACK