Qadin.NET / Dünyanın ən güclü 10 ordusu

Dünyanın ən güclü 10 ordusu

 

 

"Global Firepower" analitik şirkəti dünyada ən güclü ordunun hansı ölkəyə mənsub olmasını müəyyənləşdirib.

ANS PRESS-in məlumatına görə, 126 ölkə arasında aparılan qiymətləndirməyə əsasən, ilk yeri ABŞ, ikinci yeri Rusiya ordusu tutub. Çin üçüncü, Hindistan dördüncü olub. İlk onluğa həmçinin Yaponiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyanın Silahlı Qüvvələri daxildir.

Reytinqdə orduların gücü, sayı, müdafiə büdcəsi, flot, aviasiya və tankların sayı üzrə qiymətləndirilib.

Ekspertlər bildirib ki, Rusiya ordusunun əsas gücünü tanklar, hərbi dəniz və hərbi hava qüvvələri təşkil edir. ABŞ-ın hərbi büdcəsi başqa dövlətləri üstələyir və 612 milyard dollardır. ABŞ-ın silahlı qüvvələri 8,3 min tankdan, 25,7 min zirehli avtomobildən, 1,7 min artilleriya topundan və s. ibarətdir.

Rusiya ordusu 15,5 min tank, 27 min zirehli avtomobil, 4,6 min artilleriya topları ilə ABŞ-ı üstələyir.

3. Çin ordusu - fəal hərbçi sayı 2,33 milyon. Hər il müdafiəyə xərclədiyi pul - 145 milyard dollar. 2860 ədət savaş təyyarəsi. Tank sayı 9150.

4. Hindistan - hərbçi sayı 1,32 milyon. Müdafiəyə xərclədiyi pul - 38 milyard dollar. 1905 ədət təyyarə. 

5. İngiltərə - hərbçi sayı 147 min. Hər il xərclədiyi pul - 52 milyard dollar. Hərbi təyyarələrin sayı 936. Tank sayı - 407.

6. Fransa - hərbçi sayı 203 min. Müdafiə xərcləri - 40 milyard dollar. Hərbi təyyarə sayı 1264. Tank sayı 423.

7. Cənubi Koreya - hərbçi sayı 624 min. Müdafiə xərcləri - 33 milyard dollar. Hərbi təyyarə sayı 1412, tank sayı 2381.

8. Almaniya - əsgər sayı 179 min. Xərclər - 40 milyard dollar. Hərbi təyyarə sayı 663, tank sayı 408.

9. Yaponiya - hərbçi sayı 247 min. Müdafiə xərcləri - 42 milyard dollar. Hərbi təyyarə sayı 1613, tank sayı 678.

10. Türkiyə - fəal hərbçi sayı 411 min. Müdafiə xərcləri - 18 milyard dollar. Hərbi təyyarə sayı 1020, tank sayı 3778.

Bundan başqa, Global Firepowerin analitikləri Rusiya ordusunun səfərbər potensialını Amerikadan yüksək qiymətləndiriblər.

 

Mənbə:ANS PRESS

19 may 2015
GO BACK