Qadin.NET / ABŞ-a yeni prezident

ABŞ-a yeni prezident

 

 

ABŞ-da respublikaçı senator Lindsey Qraham da 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən açıqlayıb.
ANS PRESS-in məlumatına görə, prezident Barak Obamanın Yaxın Şərq münaqişəsinə və İŞİD silahlılarının genişlənməsinə dair siyasətinin sərt tənqidçisi olan L.Qraham partiyadan nominasiya əldə etməyə çalışan respublikaçı namizədlər sırasına qoşulub. Digər üç respublikaçı senator - Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar.
L.Qraham bildirib ki, əvvəlcə namizədliyi irəli sürdüyünü rəsmən iyunun 1-də öz ştatında elan etməyini planlaşdırsa da, daha tez açıqlamağının səbəbini belə izah edib: "Namizədliyimi irəli sürürəm, çünki məncə dünya dağılır. Mən xarici siyasətdə fikirlərimin böyük əksəriyyəti düzgün olub."

 

Mənbə: ANS PRESS

19 may 2015
GO BACK