Qadin.NET / Final türk hakimlərə tapşırıldı

Final türk hakimlərə tapşırıldı

 

 

UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Avropa futbol qurumu "Barselona" - "Yuventus" matçını türk hakimlərə tapşırıb.
İyunun 6-da Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda ədaləti Cüneyt Çakır qoruyacaq.
Ona həmyerliləri - Bahaddin Duran və Tarık Engin yardımçı edəcək. Matçın dördüncü hakimi isveçli Yonas Erikson, qapı arxası hakimləri isə türklər - Hüseyn Göçek və Barış Şimşək olacaq.

 

Mənbə: ANS PRESS

19 may 2015
GO BACK