Qadin.NET / Kəlağayının yeni statusu

Kəlağayının yeni statusu

 

 

Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. 
ANS TV-nin məlumatına görə, UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib. 
Daha sonra UNESCO-nun Böyük Britaniya nəşriyyatı ilə birgə hazırladığı “Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik” münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı olub. 
İrina Bokova kitabları prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.

Mənbə: ANS PRESS

19 may 2015
GO BACK