Qadin.NET / İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçiriblər

İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçiriblər

 

İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçiriblər

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban ƏliyevaISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

 

Milli.Az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirildi. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirildi.Söhbət zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Mənbə: Milli.Az

18 may 2015
GO BACK