Qadin.NET / Toylarda araq qadağan olunsun?

Toylarda araq qadağan olunsun?

 

Toylarda araq qadağan olunsun?

Bu başlığı görən dindarlar deyəcəklər ki, spirtli içkilər nəinki toylarda, hətta hər yerdə qadağan olunsun. Ancaq təəssüf, cənablar. Azərbaycan dini yox, dünyəvi ölkə olduğundan belə qadağalar bizdə keçməz. Ancaq məhdud qadağaları tətbiq etmək mümkündür. Misal üçün, insanların çox toplaşdığı şadlıq evlərində.

İçki düşməni deyilik. Camaatın içki keyfinə soğan doğramaq fikrimiz də yoxdur. Mövzuya toxunmağımız da təsadüfi deyil.Bu günün ən çox oxunan xəbərlərdən biri də Bakıda toy zamanı baş verən kütləvi dava barədə idi. "Şam bağı" adlı restoranda keçirilən toy məclisi kütləvi dava ilə bitib. Davaya səbəb isə qız evindən olan kişinin oğlan evindən olan bir qadına zarafatyana söz deməsi olub. Ağır cavab alan kişi qonaq qadına yumruq vurub. Bu yumruq bütün aləmi qatıb bir-birinə. Bəylə gəlin qalıb bir kənarda, şadlıq evindəki 700-ə yaxın qonaq bir-birinə qarışıb.İçki çox qəribə şeydir. Onun təsiri altına düşənlər, əslində, öz gizli "mənlərini" ortaya qoyurlar. Kimisi içərəkən şən olur, hər kəslə deyib-gülür, kimisi də, içəndə həyatı boyu gördüyü bütün pislikləri yada salır. Bəziləri də içkinin təsirindən özünü dünyanın ən güclüsü sanır.Toylarda bu cür davaları adətən üçüncülər - içkinin təsirindən "şir"ə dönənlər törədirlər. Bəlkə toylarda spirtli içkiləri qadağan olunsun? Milli Məclis qərar versin və bütün şadlıq evlərindən spirtli içkilər yığışdırılsın. Beləcə, həm toy sahiblərinin xərci, həm də ki davalar azalar.Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.

Mənbə: Milli.Az

18 may 2015
GO BACK