Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı 34 ölkədən 458 zəka sahibi iştirak edib. Birincilik 7-17 yaş arası yeniyetmələr arasında reallaşıb. Budaqova İsveçrə sistemi ilə 9 turdan ibarət olan mundialda 7,5 xal toplayaraq dünya çempionu adını qazanıb.Leyla bununla kifayətlənməyib. O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Standart şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya birinciliyi baş tutub. Budaqova yeddi oyunda 6 qələbə qazanaraq birinci yeri tutub.
Mənbə: Milli.Az