Qadin.NET / Fransız senatordan Bakıdakı siyasətçilərə çağırış

Fransız senatordan Bakıdakı siyasətçilərə çağırış

 

Fransız senatordan Bakıdakı siyasətçilərə çağırış

 

"Beynəlxalq hüquq səviyyəsində ikili standartlar mövcuddur".Trend-in məlumatına görə, bunu Fransa Senatının Beynəlxalq işlər komissiyasının üzvü Natali Qule Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.Onun sözlərinə əsasən, yarımçıq immunitetdən daim istifadə edərək sərhədlərindən kənar əraziləri işğal edən ölkələr mövcuddur.N.Qule qeyd edib ki, müasir dünyada artan terror təhlükəsi şəraitində belə yanaşma yolverilməzdir və dünya ictimaiyyəti beynəlxalq hüquq normalarının tətbiqinə münasibətinə yenidən baxmalıdır.Senator xatırladıb ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır.O, Forumun bütün iştirakçılarını bu problem üzrə açıq bəyannamə imzalamağa çağırıb.

Mənbə:Milli.Az

18 may 2015
GO BACK