Qadin.NET / Ana ürəyi budur

Ana ürəyi budur

 

Ana ürəyi budur

 

Əkiz övladlarının ikisinin də xəstə olmasına rəğmən, ana onları gözəl və ağıllı gənclər sayır.
Daha doğrusu, ana buna əsla şübhə etmir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Şanxay şəhərinin sakini, 47 yaşlı Ma Çjiquy əkiz oğlanların anasıdır. Onun 21 yaşlı oğulları Çjan və Çjan Hanqun xəstədirlər.
Çjan autizm, Çjan Hanqun isə ifrat piylənmə xəstəsidir.
Çjan Hanqunun çəkisi 250 kiloqramdır.
1994-cü ilin fevralın 23-də əkiz oğullarını dünyaya gətirəndə Ma özünü dünyanın ən bəxtəvər qadını saymışdı. Amma üç il keçdi, Çjuançjunla Çjan Hanqunun xəstə olduqları bilindi.
Manın əri depressiyaya düşdü və arvadı ilə oğullarını qoyub evi tərk etdi, boşandı.
O vaxtdan bəri Ma oğullarını tək böyüdüb. Bankda çalışan Ma xəstə övladlarına qulluq etmək üçün işdən çıxdı və evdə dərziliyə başladı, sonra da qonum-qonşunun paltarlarını yudu, sifarişlə şirniyyat və yeməklər bişirərək gündəlik ruzisini qazandı.
250 kq ağırlığı olan Çjan Hanqun çarpayının "əsiri"dir. O, qalxa bilmir, yerimir. Üstəlik, Çjan Hanqun serebral iflicdir.
Çjuançjun isə autizm xəstəsi olsa da, istedadlıdır. 
O, musiqi müsabiqələrinə qatılır və indiyədək bir neçə şouda qalib gəlib.
"Kimin nə deməsinə fikir verməmişəm. Oğullarım gözəl, ağıllı, yaraşıqlıdırlar. Xəstədirlər, nə olsun ki?! Nə qədər yaşayıram, onlara qulluq edəcəyəm", - Ma Çjiquy deyir.

Mənbə: Milli.Az 

18 may 2015
GO BACK