Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı tərk edə bilər.
ANS PRESS-in məlumatına görə, bu nəticə Amerikanın tanınmış "Benenson Strategy Group" reytinq agentliyinin mayın ilk on günlüyündə apardığı sorğu nəticəsində məlum olub. Sorğu nəticəsində o da məlum olub ki, yanvar ayından may ayına kimi hakim partiyanın tərəfdarları 4% azalaraq 38%-ə düşüb. Müxalifətçi Cumhuriyyət Xalq Partiyası (CHP) isə səs vermək istəyənlərin sayı 2% artaraq 30%-i keçib. Parlamentdə təmsil olunan digər iki müxalifət partiyasının tərəfdarları dəyişməyib. Rəyi soruşulanların 18%-ə qədəri Milliyətçi Hərəkat Partiyasına (MHP), 11%-ə qədəri isə PKK-nın sivil qanadı sayılan Xalqların Demokratik Partiyasına (HDP) səsə verəcəyini söyləyib.
Sorğu prezident Rəcəb Tayyib Ərdoğanın da reytinqinin kəskin düşdüyünü aşağı salıb. Rəyi soruşulanların yalnız 38 faizi Ərdoğanı dəstəklədiyini bildirib. Halbuki, yanvarda Türkiyə prezidentinin tərəfdarlarının tərəfdarları 47 faiz olub.
Bu durum Türkiyənin siyasi elitasında əhvalı dəyişib. Artıq bəllidir ki, müxalifətçi siyasi partiyalardan hər hansı biri CHP ilə koalisiyaya gedərsə, AKP iqtidardan gedəcək.
Mənbə:ANS PRESS