"Bu gün dünyada neofaşist hərəkatlar yaranır. Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır”.
ANS PRESS-in məlumatına görə bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı söyləyib ki, ötən 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub. Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bilərsiniz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi.
Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir.
Mənbə: ANS PRESS