Qadin.NET / Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında

Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında

 

Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında

Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.Dövlətimizin başçısı mərasimdə nitq söylədi.Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdilər.Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxudu.Açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş "Fərqliliklə razılaşaq" kitabının təqdimatı oldu.Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış etdi.Sonra baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.Sonda xatirə şəkli çəkdirildi. 

Mənbə: Milli.Az

18 may 2015
GO BACK