"Cohar Tsarnayev haqqında ölüm hömü qərarı verilib... Bu xəbər heç kimi təəccübləndirmədi. Amerika xüsusi xidmət orqanları üçün Boston faciəsinə görə qurban lazım idi. Bəli, mən terrorizmə qarşı ciddi mübarizə tərəfdarıyam. Terrorçuluqla əlaqəsi olan istənilən insan zərərsizləşdirilməlidir. Amma mənim terrorçuluqla mübarizə adı altında tamaşa oynayanlar xoşuma gəlmir", - deyə Kadırov İnstagram səhifəsində yazıb.
Qeyd edək ki, mayın 16-da ABŞ-ın Boston şəhər məhkəməsi Cohar Tsarnayev haqqında ölüm hökmü qərarı verib.
Xatırladaq ki, 2013-cü il aprelin 15-də Boston marafonunun finişində törədilən partlayışların qurbanı üç insan olub, 264 nəfər yaralanıb. Partlayıcı maddəni Cohar Tsarnayev və onun böyük qardaşı, polislə atışmada həlak olan Tamerlan Tsarnayev işə salmışdı. Cohar Tsarnayev bir polisin qətlində də günahkar bilinirdi.
Mənbə: ANS PRESS