Qadin.NET / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyətlər verildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni səlahiyyətlər verildi

 

 

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib.
ANS PRESS-in Nazirlət Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib.
Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

 

Mənbə: ANS PRESS

18 may 2015
GO BACK