Dünyanın sonu belə olacaq
Dünyanın sonuna yaxın Yer kürəsində həyat necə olacaq? ANS PRESS-in məlumatına görə, Yevgeni Kazantsov adlı rus fotoqraf iqlim dəyişikliyinin nəticələrini öz şəkillərində canlandırıb. Həmin şəkillərdə heç öyrəşmədiyimiz təbiət göstərilib. İnsanların təbiətdən kortəbii istifadə etməsinin nəticəsi isə heç ağlasığmaz görüntülərin yaranmasına səbəb olub. Bu fotolarda daim başı qarla örtülü olan dağların qar əriyəndən sonrakı görünüşü, su tükənəndən sonra Venesiya, iqlim dəyişikliyi ilə əlaqədar kütləvi quş köçləri, okeanlarda suların daşması nəticəsində hətta səhraların, çöllüklərin belə su altında qalması canlandırılıb.
Mənbə: ANS PRESS
17 may 2015
GO BACK