Qadin.NET / Şokoladdan Hökumət evi

Şokoladdan Hökumət evi

Şokoladdan Hökumət evi
Bu gündən etibarən Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisi açılıb. ANS PRESS-in məlumatına görə, bu məşhur sərgi dünya turu çərçivəsində 40-dan çox ölkədə nümayiş olunub.
Sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdirilir. Sərgidə həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür.
Məşhur şokolad ustası Nikolay Popov bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq “Qız Qalası”, habelə Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, “Alov qüllələri”, marisipan meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.
Sərgidə nümayiş olunan eksponatlar xüsusi şüələrin içərisində, rəiməmək üçün lazımı tempraturun içində qorunur. Sərgi iyunun 28-dək davam edəcək.
Qeyd edək ki, “Nikolya” şokolad muzeyi” sərgisinə 5 il ərzində 500 mindən çox adam baxıb.

Mənbə: ANS PRESS

16 may 2015
GO BACK