"Ödənişli təhsil almaq istəyən şəxslərin təhsil haqqını ödəmək imkanının olub-olmaması ali məktəbə daxil olmazdan əvvəl qiymətləndiriləcək".
Belə bir təkliflə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib. Nazir Əli Abbasov deyib ki, vətəndaşlarla görüşlər zamanı çox sayda insan övladının təhsil haqqını ödəyə bilməməsi haqqında şikayət edir.
Nəticədə nazirlik belə qənaətə gəlib ki, Təhsil Nazirliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etsin.
"Təklif bundan ibarətdir ki, abituriyentin ödənişli əsaslarla təhsil almaq üçün müraciət etdiyi ali təhsil müəssisəsi elektron hökumət portalına daxil olaraq həmin şəxsin ailəsinin gəlirləri ilə tanış olsun. Onun ödəniş imkanının olub-olmamasını bildikdən sonra abituriyenti qəbul etmək qərarı versin".
Mənbə: ANS PRESS