Qadin.NET / Bu ölkədə 66 milyon "gombul" var

Bu ölkədə 66 milyon "gombul" var

ABŞ-da əhalinin 66 %-i artıq çəkilidir. ANS TV-nin məlumatına görə, 1962-ci ildə Amerika əhalisinin ancaq 13 faizi kökəlmədən əziyyət çəkirdisə, ildən-ilə bu göstərici artmağa başlayıb. Birləşmiş Ştatlarda əhalinin 66 faizi ya şişman, ya da artıq çəkili sayılır. Daha dəqiq, ölkədə əhalinin təxminən 66 milyonu şişman, 74 milyonu isə artıq çəkidən əziyyət çəkir. Ölkədə kişilərin orta çəkisi 88, qadınlar isə 75 kq-dır. Amerikalıların artıq çəkili olması isə bir çox amillərlə bağlıdır. 
İlk səbəblərdən biri qidalanmadır. Evdə o qədər də yemək bişirməyə həvəsli olmayan amerikalılar restoran yeməkləri - şirniyyatlar, “fast food”, qazlı suya üstünlük verirlər. Həm də amerikalıların kiçik hissə yeməklərlə araları yaxşı deyil. Restoranda böyük hissə yeməkləri sifariş edirlər ki, bu da artıq kalori deməkdir. Bu kalorini isə itirmirlər. 
Kaliforniya Universitetinin apardığı araşdırmaya görə, amerikalılar idmana sərf etdikləri vaxtlarının 9 dəfə çoxunu televiziya qarşısında keçirirlər. İnsanlar idman etmək, piyada gəzmək əvəzinə vaxtlarının çoxunu TV, kompüter qarşısında oturmaqla keçirir. Amerikada idman zallarına üzvlük üçün 2,6 milyon dollar xərclənir. Amma üzvlərin sadəcə 10 faizi sabit olaraq idmana gedir. İdman etməmələrini isə vaxtlarının olmaması ilə əsalandırırlar. 
Vaşinqton sakini Leyn Vaymen deyir ki, Amerikada köklüyün əsas məqsədi insanların daha çox “fast-food” yeməyə üstünlük verməsidir. Bundan əlavə onlar piyada gəzmirlər, həm də yeməklərin çoxu kimyəvidir.
Digər Vaşinqton sakini Marie Makoe isə düşünür ki, amerikalılar çox yeyirlər. Nə qədər yediklərinə isə nəzarət etmirlər. Amerikada heç kim kök olmaq istəmir, amma hamı xoşbəxt də olmaq istəyir. 
Aparılan araşdırmalar göstərib ki, kökəlmə ölkədə hər il 120 min insanın ölümünə səbəb olur. Artıq çəki nəticəsində amerikalılar arasında bir çox xəstəliklər- diabet, yüksək xolesteril, yüksək qan təzyiqi geniş yayılıb. Məsələn, artıq çəki nəticəsində təxminən 20 milyon amerikalı diabet xəstəliyindən əziyyət çəkir. Kökəlməyə qarşı ölkənin birinci xanımı da mübarizə aparmaq üçün bir sıra kampaniyalar keçirir. O insanları idman və rəqs etməyə çağırır. 
Amerikalılar isə onlara “şişman” və ya “kök” deyilməsini təhqir kimi qəbul edirlər. Kök insanlar sadəcə “böyük” olduqlarını deyirlər. 

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK