Qadin.NET / Şirkətimiz reytinqdə birincidir

Şirkətimiz reytinqdə birincidir

Gürcüstanın İlya Universiteti 2014-cü ilin nəticələrinə əsasən ölkədə fəaliyyət göstərən ən iri şirkətlərin reytinq cədvəlini tərtib edib. 
ANS PRESS-in məlumatına görə, SOCAR-ın mətbuat xidməti bildirib ki, bu ölkədə fəaliyyət göstərən “SOCAR Georgian Petroleum” şirkəti 2013-cü ildə olduğu kimi, yenə də cədvəlin birinci pilləsində qərarlaşıb.
Cədvəldə banklar və sığorta şirkətləri nəzərə alınmayıb. “SOCAR Gas İmport-Export” şirkəti isə ilk onluqda yer alıb. Ümumiyyətlə, neft-qaz istehsalçıları və ixracatçıları 14 faizlə ilk onluğa liderlik edirlər, yəni 10 ən iri şirkətdən 7-si yanacaq sektoruna aiddir.

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK