Qadin.NET / Amerika Marsa köçə hazırlaşır

Amerika Marsa köçə hazırlaşır

 

Amerika Marsa köçə hazırlaşır

Amerikanın Milli Kosmik Agentliyi NASA insanların Marsda məskunlaşması üçün müsabiqə elan edib.ANS PRESS-in məlumatına görə, müsabiqədə iştirak edənlər insanların qırmızı planetdə məskunlaşması üçün ən yaxşı

 

ideyalarını təqdim etməlidirlər. Qaliblərə mükafat olaraq 5 min dollar veriləcək. Ümumi mükafat fondu isə 15 min dollardır. 
Müsabiqə çərçivəsində NASA-nı ilk növbədə Marsda yaşayış - yemək, su, nəfəs almaq üçün hava, kommunikasiya və tibb üçün lazım olan texnologiyalar maraqlandırır. Müsabiqə iştirakçıları həmçinin insanların Yerdən asılılığını minimuma endirmək haqqında da düşünməlidirlər.
Qeyd edək ki, NASA-nin rəhbəri Çarlz Bolden mayın 5-də Vaşinqtonda keçirilən Beynəlxalq kosmik konfransda bildirib ki, amerikalı kosmonavtların Marsa ilk uçuşu 2030-cu ildə nəzərdə tutulub. Elə həmin gün kosmik agentlik bütün arzu edənlərə qırmızı planetdə məskunlaşma haqqında ideyaları ilə bölüşməyi də təklif edərək müsabiqə haqqınad məlumat verib.

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK