Fransa prezidenti Fransua Olland Minskdə Donbass üzrə əldə edilmiş razılığın pozulmasının yolverilməz olduğunu bəyan edib.
ANS PRESS-in məlumatına görə, prezident bu barədə Almaniyanın Aahen şəhərində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşü zamanı deyib.
Olland münaqişənin "alovlandırılması" riskinin mövcud olduğunu bəyan edib.
"Hazırda biz atəşkəs rejiminin pozulmasını müşahidə edirik və bu, yolverilməzdir. Yeni eskalasiya riski böyükdür və biz bunun qarşısını almalıyıq", - deyə Olland vurğulayıb.
Prezidentin sözlərinə görə, "asanlıqla tanınan" qruplaşmalardan bəziləri münaqişənin davam etməsində maraqlıdır.
Olland Ukrayna prezidentinə xatırladıb ki, onun ölkəsi də bir sıra şərtləri yerinə yetirməlidir. Bunda əlavə Ollan bildirib ki, Minsk razılaşmalarının tam həcmdə yetirilməsinə dair Kreml ilə əlaqə saxlayır.
Mənbə: ANS PRESS