Türkiyə Tekirdağ vilayətinin Çorlu rayonunda təxminən 500 uşaq “Merac” gecəsi tədbiri çərçivəsində ilk namazlarını qılıblar. ANS PRESS-in məlumatına görə, Çorlu müftiliyinin təşkil etdiyi proqramda 4-6 yaşlarında olan uşaqlar Çorlu müftisi Adəm Gülmek ilə ibadət ediblər. Müfti Gülmek verdiyi açıqlamada, məktəbəqədər dini və mənəvi təlim görən uşaqlarla “Merac” gecəsini qarşıladıqlarını bildirib. “Peyğəmbərimizin (əs) bizə "Merac" hədiyyəsi gətirdiyi namaz ibadəti ilə Allahın bizə hədiyyə etdiyi uşaqlarımızı bu əhya gecəsində məsciddə bir araya gətirdik. Biz, uşaqlarımızın kiçik yaşlarında namaz ibadəti ilə tanış olmaqlarını arzu etdik”.
Müfti Gülmək həmçinin İslam peyğəmbərinin (əs) namaz barədə dediyi “gözümün nuru” ifadəsinin yazıldığı köynəklər hazırladaraq uşaqlara hədiyyə etdiklərini deyib.
Qeyd edək ki, proqramın sonunda uşaqlara hədiyyələr verilib.
Mənbə: ANS PRESS