Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşir.
Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.AZƏRTAC Almaniya Üzgüçülük Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, "Bakı-2015"də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.
Mənbə: Milli.Az