Qadin.NET / İrəvanda böyük Qarabağ qorxusu

İrəvanda böyük Qarabağ qorxusu

Bu günlərdə Ermənistan mətbuatında yeni Qarabağ qorxusu yaşanmaqdadır. 
ANS PRESS-in məlumatına görə, erməni curnalistlər yazır ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün müəyyən əraziləri Bakıya qaytaracaq. Jurnalistlər məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə də müraciət ediblər və bu, nazirliyin mətbuat katibi Tiqran Balayanı özündən çıxarıb.
Jurnalistlərin proqnozları “Böyük Ermənistan” utopiyasının zombiləri üçün elə də ürəkaçan deyil. “Qarabağ problemi Türkiyə - Azərbaycan siyasətinin əsas şərtidir. Təbii ki, bu şərtlər Rusiya ilə danışıqlarda da irəli sürüləcək. Ermənistanın Türkiyə və Azərbaycan qədər çəkisi və nüfuzu yoxdur”,- deyə Ermənistanın tanınmış curnalisti Haykazn Qaqriyan bildirib.
Curnalist bu gün yazdığı məqaləsində Rusiya ekspert dairələrinin məsələ ilə bağlı fəaliyyətini yada salıb: “Onlar belə fikir irəli sürürlər ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması Qarabağ məsələsini həll edəcək, yəni Qarabağ Azərbaycanın tərkibində Avrasiya İttifaqına girəcək”. 
Haykazn Qaqriyanın fikrincə, Rusiya cənub istiqamətində yerini möhkəmləndirən kimi işğal olunmuş torpaqları Azərbaycana qaytaracaq. 

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK