Qadin.NET / WhatsApp-da böyük dəyişiklik

WhatsApp-da böyük dəyişiklik

Məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın dizaynı dəyişib.
ANS PRESS-in məlumatına görə, 800 milyonu ötən istifadəçisi olan dünyanın ən böyük mesajlaşma şəbəkəsi son yenilənməsi ilə istifadəçilərini məmnun edəcək. 
Dizaynını tamamilə dəyişdirən tətbiq daha aktual və gözə xoş gələn bir görünüşə bürünəcək. Tətbiqin interfeysində daha çox loqoya uyğun olaraq yaşıl tonlardan istifadə olunub. 
WhatsApp-ın son yenilənməsi "Android 5.0" versiyası tərəfindən dəstəklənir. Son yenilik "Android" platforması nəzərə alınaraq hazırlanıb. 

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK