Qadin.NET / Neftlə bağlı proqnoz

Neftlə bağlı proqnoz

“Beynəlxal Valyuta Fondu ilin sonuna kimi neftin qiymətinin orta hesabla 58 dollar olacağını proqnozlaşdırıb”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov Bakıda keçirilən “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfransında çıxışında deyib. 
O bildirib ki, neftin qiymətinə tələb təklif amilləri azaldıcı təsir göstərməkdədir. Azər Ələsgərov qeyd edib ki, İranın neft bazarına daxil olması neftin qiymətinə təsir edəcək:
“Neftin qiyməti Asiya və Avropada tələbin azalması nəticəsində ucuzlaşır. Tələb və təklif balansının pozulması, yəni təklifin tələbi üstələməsi neft qiymətlərinin ucuzlaşmsına gətirib çıxaracaq”, - deyə AMB rəsmisi vurğulayıb.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK