Qadin.NET / İspaniyadan ermənilərə tərs şillə

İspaniyadan ermənilərə tərs şillə

İspaniya Senatı 1915-ci il hadisələri ilə bağlı qanun layihəsini rədd edib. ANS PRESS-in məlumatına görə, layihədə qondarma erməni iddiaları müdafiə edilirdi. 
Lakin səsvermədən sonra bu layihə qəbul edilməyib. 
Layihəni Kataloniya bölgəsində fəaliyyət göstərən "Entesa" adlı siyassi qrup 4 mayda təqdim etmişdi. Lakin ötən gün keçirilən səsvermə zamanı 130 nəfər əleyhinə, 14 nəfər isə leyhinə səs verib. 68 deputat isə bitərəf qalmağı üstün tutub. 
İspaniyada iqtidarda olan Xalq Partiyasından (PP) olan senator Jose Maria Çiquillo parlamentin tarixçilərin və ya məhkəmənin yerinə qərar verə bilməyəcəyini deyib. "Bəzi bu "soyqırımı" 22 ölkənin tanıdığını deyir. Mən də deyirəm ki, 168 ölkə tanımayıb. Buna nə cavab verəcəksiniz?".
O, əsas hədəfin Türkiyə və Ermənistan arasında qarşılıqlı dialoq anlayışa dəstək vermək olduğunu deyib. "Soyqırımı belə rahatlıqla ağza alınacaq kəlmə deyil. Tarixi və hüquqi bir məsələdir". 

 

Mənbə:ANS PRESS

14 may 2015
GO BACK