Qadin.NET / Sabah dolu düşəcək

Sabah dolu düşəcək

Azərbaycanın bəzi ərazilərinə dolu düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Xatırladaq ki, mayın 13-də Şabran və Quba rayonunun bəzi yaşayış məntəqələrinə dolu yağıb. Dolu təxminən 15 dəqiqə davam edib. Yağıntı qısamüddətli olduğundan bağlara və təsərrüfatlara ziyan dəyməyib.
Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK