Qadin.NET / Dolu yağacaq

Dolu yağacaq

 

Dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcəkHavanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

14 may 2015
GO BACK