Qadin.NET / Yer kürəsi üçün təhlükə

Yer kürəsi üçün təhlükə

Nəhəng asteroid planetimizə doğru yaxınlaşır. 
ANS PRESS-in məlumatına görə, kod adı 1999 FN53 olan bu yad cismin diametri bir kilometrdən artıqdır. Asteroid bu gün Yer kürəsinə 40 min kilometrədək yaxınlaşacaq. Əgər bu səma cismi Yerə düşsəydi 1,5 milyard insanı məhv edə bilərdi.
"Sözsüz ki, bu asteroid milyard yarım insanın ölümünə səbəb olardı. Əgər o, dənizə düşsəydi, bu, stratosferə müxtəlif qazların atılmasına səbəb olacaqdı. Bu da öz növbəsində ozon qatının zədələnməsilə nəticələnəcəkdi", - deyə Bill Neper adlı astronom professor bildirib. Lakin xoşbəxtlikdən bu asteroid NASA-nın potensial təhlükəli obyektlər siyahısına daxil deyil. 
Asteroid çox tünd olduğundan onu xüsusi cihazlar olmadan görmək mümkün olmayacaq. Amma səma cismini görmək istəyən astronomlar yalnız Yeni Zenlandiyada bu gün gecə saatlarında görməyə cəhd edə bilərlər.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK