Ermənistanda istehlak qiyməti 2015-ci ilin mart ayında keçən ilin mart ayı ilə müqayisədə orta hesabla 6% artıb. Amma bu, rəsmi rəqəmlərdir. Əslində, isə vəziyyət daha ağırdır.
Kabab yemək istəyənlər adi qəlyanaltıda buna 8% artıq pul ödəməlidir, küçə kafesində isə bir fincan qəhvə 15% bahalaşıb.
Ermənistandan 12 aylıq inflyasiya bütün əndazələri aşıb. Bu təbii ki, əhalinin həyat səviyyəsinin pisləşməsinə səbəb olacaq. Hətta rəsmi göstəricilərə görə belə Ermənistanda yoxsulların sayı həddindən çoxdur.
Amma yerli mətbuat əhaliyə ürək-dirək verməkdə davam edir və bildirir ki, Avrasiya İttifaqının başqa ölkələrində vəziyyət daha pisdir. Çünki Rusiyada illik inflyasiya 17%-ə yaxındır.
Belarusda da istehlak mallarının qiyməti artıb. Eyni mənzərə Qazaxıstanda da müşahidə edilir. Avrasiya İqtisadi İttifaqı ölkələrində orta illik inflyasiya göstəricisi hazırda 15% təşkil edir.
Çətin ki, milli statistika xidmətinin və yerli mətbuatın gəvəzəliyi əhalini inandıra bilsin. Axı insanlar Rusiyada və Belarusda deyil, yaşamaq üçün bir tikə çörək tapmağın çətin olduğu Ermənistanda yaşayırlar. Halbuki, Rusiya və Belarusa üz tutan erməni əmək miqrantlarının axını gündən günə güclənir.
İrəlidə isə Ermənistanda elektrik enercisinin və qazın qiymətinin yeni yüksəlişi gözlənilir.
Mənbə: ANS PRESS