Qadin.NET / Neftimiz yenə bahalaşdı

Neftimiz yenə bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. 
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1,15 dollar bahalaşıb. 
Hazırda neftin bir barelinin qiyməti 68,58 dollardır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.51%) azalaraq 60.19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.24 dollar (0.36%) ucuzlaşaraq 66.57 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK