Qadin.NET / Dollarda qəfil ucuzlaşma

Dollarda qəfil ucuzlaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0484-dən 1.0474 AZN-ə qədər azalıb.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1779-dan 1.1912-yə qədər bahalaşıb.
Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0210-dan 0.0211 manata qədər yüksəlib. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK