Qadin.NET / “Qara qızıl”ın qiyməti düşdü

“Qara qızıl”ın qiyməti düşdü

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində cüzi ucuzlaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.31 dollar (0.51%) azalaraq 60.19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.24 dollar (0.36%) ucuzlaşaraq 66.57 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK