Qadin.NET / Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək

Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək

Sabah Moskvanın Mərkəzi Kinematoqrafçılar Evində tanınmış Azərbaycan kinorejissoru, Azərbaycanın Xalq Artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” adlı yeni filmi göstəriləcək.
ANS PRESS-in məlumatına görə, bu film ilə Rusiya Kinematoqrafçılar İttifaqının Beynəlxalq şöbəsi tamaşaçıları keçmiş Sovet İttifaqı respublikaları kinematoqrafçılarının yeni işləri ilə tanış edən “Dostların kinosu” silsilə filmlərinin nümayişi başa çatdırılacaq. 
Filmi rejissor Oqtay Mirqasımov, Rusiya Kinematoqrafçılar İttifaqının Beynəlxalq şöbəsinin rəisi Yuri Kolosov və çəkiliş qrupunun üzvləri təqdim edəcəklər.

 

Mənbə: ANS PRESS

14 may 2015
GO BACK