Qadin.NET / Azərbaycanda tikinti işlərində qiymətlər artıb

Azərbaycanda tikinti işlərində qiymətlər artıb

 

Azərbaycanda tikinti işlərində qiymətlər artıb

2015-ci ilin I rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb.

 

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,9 faiz, yol və körpü tikintisində isə 0,1 faiz bahalaşma müşahidə edilib.Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9 faiz, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb.Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9 faiz bahalaşıb.İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8 faiz bahalaşma müşahidə olunub.

Mənbə: Milli.Az

14 may 2015
GO BACK