Qadin.NET / Zirəddindən Bakı proqnozu

Zirəddindən Bakı proqnozu

 

Zirəddindən Bakı proqnozu

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında xoş surprizə hazır olun. Rusiyada yaşayan tanınmış ekstrasens Zirəddin Rzayev ANS PRESS-ə bildirib ki, bütövlükdə oyunlar heç bir fors-major hal olmadan keçiriləcək.
- Azərbaycanda keçirilən I Avropa Oyunları necə keçəcək? Bu barədə proqnozunuz necədir?
- Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları təbii ki, ölkənin nüfuzuna yaxşı təsir edəcək. Belə yarışlar bütün dünyada keçirilir. Azərbaycanda da yarışlar, çox yaxşı keçiriləcək. Bu yarışlarda Azərbaycan üçün çox böyük surprizlər gözlənilə bilər. Heç bir fors-major hal olamayacaq. Bu böyük yarışmada mən Azərbaycana uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
-Zirəddin Rzayev niyə jurnalistlərdən qaçır?
- Mən jurnalistlərdən əsla qaçmıram. Bu mənə xas olan xüsusiyyət deyil. Şou-biznesdən qaçıram. Onun üçün də bəzən elə düşünürlər ki, jurnalistlərdən qaçıram. Yerli-yersiz verilişlərdən, mövzulardan, qeyri-ciddi suallardan qaçıram. Düşünürəm ki, vaxta qənaət etmək lazımdır.
- Ancaq siz xarici mətbuata daha çox açıqsız nəinki Azərbaycan mətbuatına. Bunun səbəbi nədir? 
- Mən deməzdim ki, azərbaycanlı jurnalistlərinə müsahibə verməkdən imtina edirəm. Sən də azərbaycanlısan, amma sənə daima müsahibə verirəm. sadəcə bəzi kütləvi informasiya vasitələri hər şeyi olduğu kimi ictimaiyyətə çatdırmır və təhrif edir. Onun üçün də azərbaycanlı jurnalistlərə müsahibə verməkdən yox, təhriflərdən imtina edirəm. Mənim ürəyim, qəlbim həmişə mətbuata və sözün əsl mənasında jurnalistlərə açıqdır.
- Bəs Azərbaycanla bağlı proqnoz verməkdən çəkinməyinizə səbəb nədir?
- Mən heç nədən çəkinmirəm. Buna səbəb də yoxdur. Sadəcə bəziləri dediklərimi təhrif edirdilər. Bu səbəbdən də artıq hər kəs məni belə tanıyır. Mənə çox önəmlidir, hər kəsin məni belə tanıması, düşünürəm ki, belə olduqda cəmiyyətdə çaş-başlıq yaramayacaq. Heç kəs onların uydurmalarına inanmayacaq. Həm də kiməsə proqnoz vermək, kiməsə imtina etməyin doğru seçim olmadığı qənaətindəyəm. Onun üçün də heç kəs məndən incimir. Necəyəm, məni elə də qəbul edirlər.

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK