Qadin.NET / Ağıllı soyuducu təqdim edildi

Ağıllı soyuducu təqdim edildi

 

Ağıllı soyuducu təqdim edildi

Canonical şirkəti öz yeni innovativ ixtirasını - Ubuntu əməliyyat sistemi ilə işləyən ChillHub soyuducusunu təqdim edib. Qurğu San-Fransiskoda əşyaların internetinə həsr edilmiş IoT World konfransında nümayiş etdirilib.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, təxminən 500 litr həcmində soyuducu müxtəlif datçiklər, iki USB port ilə təchiz edilib və Wi-Fi vasitəsilə internetə qoşulma imkanına malikdir.Soyuducu Ubuntu Core (Snappy) əməliyyat sistemi ilə işləyir və onunla qarşılıqlı əlaqə yaratmaq üçün iPhone və iPad qurğuları üçün müvafiq mobil proqram təklif edilir.ChillHub soyuducusunun pərakəndə satış qiyməti 1000 dollar təşkil edəcək.

Mənbə: Milli.Az

13 may 2015
GO BACK