Qadin.NET / Büdcəyə xeyli vəsait ödəndi

Büdcəyə xeyli vəsait ödəndi

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin aprelində dövlət büdcəsinə 132 milyon 503 min manat vəsait ödəyib. Bu göstərici 2014-cü ilin aprel ayı ilə müqayisədə 4 milyon 87 min manat və ya 103,2 faiz çox olub.
Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, yanvar-aprel aylarında ARDNŞ tərəfindən büdcəyə 472 milyon 946 min manat vəsait ödənilib.
Şirkət aprel ayında Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 908 min manat vəsait köçürüb. Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 46 milyon 594 min manat təşkil edib.

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK