Qadin.NET / Serj Qarabağı nə vaxt verəcək?

Serj Qarabağı nə vaxt verəcək?

Mayın 21-də Rusiya Serj Sarkisyanın Avropa Birliyi ilə hər hansı saziş bağlamasına mane olmayacaq. 
ANS PRESS-in məlumatına görə, bu barədə erməni politoloq Styopa Safaryan bildirib. Onun sözlərinə görə, Avropa Birliyi (AB) ilə yaxınlaşmaqda Rusiyanın özü də maraqlıdır, buna görə də Avrasiya İttifaqının hər hansı üzvünün AB ilə əlaqələrinin yaxınlaşması bu işdə yardımçı ola bilər. 
Bununla belə, Styopa Safaryan Moskvanın indiki Ermənistan rəhbərliyi üçün bəla hazırladığını da bildirir: “Moskva rus ekspertlərin sözləri ilə Qarabağda hərbi əməliyyatların başlanması barədə müzakirələr açır… İndi Rusiya ilə Azərbaycanın münasibətlərinin inkişafına diqqət yetirmək lazımdır. Qazaxıstan prezidenti Nazarbayev Avrasiya İttifaqına maraq göstərən ölkələr sırasında Azərbaycanın da adını çəkib”. 
Erməni politoloq bunun Ermənistan üçün fəlakət gətirə biləcəyini vurğulayıb: “Bakı yalnız bir əməkdaşlıq prinsipi tanıyır - Qarabağ geri qaytarılmalıdır”. 

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK