Qadin.NET / "Canlı Barbi" idmançı oldu

"Canlı Barbi" idmançı oldu

"Canlı Barbi" kimi tanınan ukraynalı model görüntüsünü dəyişib. ANS PRESS-in məlumatına görə, ukraynalı model Valeriya Lukyanova bir neçə ay öncə döyülməsindən sonra öz üzərində işə başlayıb. 
İndi o əzələ toplamağa başlayıb. O, artıq olduqca zəif görüntüsündən xoşlanmadığını deyir. 
6 ay öncə naməlum şəxslər tərəfindən hücuma məruz qalmasından sonra o bir müddət xəstəxanada qalıb. Lukyanova sağalandan sonra yenidən fotolarını paylaşmağa başlayıb. 
Fotolarda onun əzələləri diqqət çəkib. 
İndi o özünü Amazon döyüşçülərinə bənzətməyə çalışır. 
28 yaşlı Valeriya incə beli, uzun sarı saçları, hədsiz makiyajı və keçirdiyi plastik əməliyyatlarla özünü gəlinciyə bənzətmişdi.

 

Mənbə: ANS PRESS

13 may 2015
GO BACK